Həftəsonu sərtləşdirilmiş karantin günlərində fəaliyyətinə icazə verilmiş apteklərin siyahısı açıqlanıb.
APA xəbər verir ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.
Qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.