• SOSİAL

    15:15 17 may 2019

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı keçiriləcək

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir.

Təhsil Nazirliyindən ONA-ya verilən məlumata görə, sınaq imtahanları mayın 18-30-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir.

İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.

İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR