• SOSİAL

    15:46 7 may 2019

20 orta məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq

"Növbəti tədris ilindən 20 məktəbin tam orta təhsil səviyyəsində peşə yönümlü təmayül siniflərinin açılması hədəf kimi müəyyən edilib".

ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib: "İnanıram ki, bu yenilik şagirdlərin təhsilə cəlb edilməsini artırmaqla bərabər, gələcəkdə onlara peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcək".

Ceyhun Bayramov qeyd edib ki, növbəti tədris ilindən ümumi təhsil müəssisələrində robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tədbiqi planlaşdırılır.

Bu yanaşma texnologiya, riyaziyyat və digər bu kimi fənlərin tədrisinin şagirdlərə ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsini nəzərdə tutur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR