• SOSİAL

    12:52 15 aprel 2019

20 tona yaxın istifadəyə yararsız qida məhsulu məhv edilib

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının iştirakı ilə 19,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.

AQTA-dan ONA-ya verilən məlumata görə, “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət olunub.

AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR