Azərbaycan Gənclər Fondu 2018-ci ildə bir qrant müsabiqəsi keçirib və nəticədə gənclərin 270, gənclər təşkilatlarının isə 91 layihəsi maliyyələşdirilib.
ONA-nın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib. F. Cəfərov bildirib ki, Fond 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsi ilə təsis edilib, gənclərin ideyalarının, sosial, elmi və digər sahələrdə layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
F. Cəfərov vurğulayıb ki, 2018-ci ildə Fond gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı da müsabiqə keçirib: “Qiymətləndirmə əsasında 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib. Fonda 724 müraciət daxil olub və müraciətlər bu günə qədər də davam edir”.
F.Cəfərov bildirib ki, bu ilin iyun-avqust ayları ərzində yenidən müsabiqə elan ediləcək. Bu il ən azı 2 dəfə çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur.