• SOSİAL

    13:58 15 sentyabr 2023

Füzuli və Laçın şəhərlərində 30 ildən sonra "Bilik günü" keçirilib - YENİLƏNİB-1 - VİDEO

Sentyabrın 15-də 30 il sonra Laçın şəhər 2 nömrəli tam orta məktəbdə də “Bilik Günü” tədbiri keçirilib.

APA xəbər verir ki, 2023-2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq.

Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya otağı, 1 informatika otağı, 1 direktor otağı, 1 müəllimlər otağı, 1 kimya kabineti, 1 fizika kabineti, 1 biologiya kabineti, qızlar və oğlanlar üçün ayrı texnologiya otağı, hərbi otaq, tibb otağı, kitabxana zalı, idman zalı, 182 yerlik akt zalı mövcuddur.

***

13.15

Elm və təhsil naziri Emin Əmrullayev Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk dəfə 15 sentyabr "Bilik günü"nü qeyd edən müəllim və şagirdlərlə görüşüb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 30 ildən sonra ilk dəfə tədrisə başlayan 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Elm və Təhsil Nazirliyinin əməkdaşları və valideynlər iştirak ediblər. Tədbirdə bildirilib ki, Füzuli şəhərində inşa olunan ilk məktəb binası 960 şagird yerlikdir. Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb Özbəkistan tərəfindən tikilib.

2023-2024-cü tədris ilində sözügedən məktəbdə XI sinifdə 160 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olacaq.

t.me/apa_az/76112

Qeyd edək ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.

***

11.12

Sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Bilik Günü” tədbiri keçiriləcək.

ONA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

2023-2024-cü tədris ilində sözügedən məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.

Qeyd edək ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.

30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür30 ildən sonra Füzuli şəhərində ilk dərs günüdür

ONA

Teqlər:

SON XƏBƏRLƏR