• SOSİAL

    13:37 9 aprel 2019

300 nəfərdən çox tutumu olan turizm obyektlərinin ətraf mühitə təsiri qiymətləndiriləcək

300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektləri ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlayacaqlar.

ONA-nın məlumatına görə, bununla bağlı “Turizm haqqında” qanunun 4-1-ci (Turizm və rekreasiya) maddəsinə yeni 4-1.4, 4-1.5 və 4-1.6-cı bəndləri əlavə edilib.

Yeni sənədə əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bu qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmalıdır.

Bu qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR