ABŞ-ın “ORACLE ADVİSORY GROUP” təşkilatı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində "exit-poll" keçirəcək.
APA xəbər verir ki, bu barədə “ORACLE ADVİSORY GROUP”un tərəfdaşı Vlada Galan keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, təşkilat son illərdə 5 qitədə, 15 ölkədə və 24 səsvermədə fəaliyyət göstərib.
"Böyük fəxrlə deyə bilərəm ki, Azərbaycanda keçiriləcək seçki bizim iştirak etdiyimiz 25-ci qlobal səsvermə olacaq. Həmçinin bu, Azərbaycanda iştirak edəcəyimiz 5-ci seçki olacaq. Bundan əvvəl biz ölkənizdə keçirilmiş 4 seçkidə iştirak etmişik", - o deyib.