ABŞ-ın Azərbaycandakı səfirliyi Autizm və Sağlamlıq Məhdudiyyətləri olan Uşaqların İnkişafı üzrə eksert-həkim Tobi Lonqun mühazirələrini təşkil edir.
Səfirlikdən ONA-ya verilən məlumata görə, mühazirələr martın 1-də Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində və martın 5-də "Landmark Rotunda Hall"da keçiriləcək.
Mühazirələr təhsil sahəsində çalışan mütəxəssislər, psixoloqlar, aspirantlar, pediatrlar və məhdudiyyətləri olan uşaqlarla işləyən şəxslər üçün açıqdır.
T. Lonq inklüziv təhsil və davranma məsələlərinə dair mühazirələrlə çıxış edəcək.
Daha ətraflı məlumatı ABŞ səfirliyinin "Facebook" səhifəsindən əldə etmək mümkündür.
T.Lonq Corctaun Universitetinin pediatriya fakültəsinin professorudur. O, sözügedən universitetin İnkişaf Məhdudiyyətləri Məsələləri üzrə Mərkəzinin uşaqların inkişafı üzrə təlimçi direktorudur. T.Lonq may ayında yenidən Bakıya gəlməyi və Azərbaycan Tibb və Pedaqoji universitetlərindən olan tərəfdaşları ilə işini davam etdirməyə planlaşdırır.