• SOSİAL

    12:21 5 may 2019

Abşeron rayonunda yeni polis bölməsi yaradılır

Abşeron rayonunun Qobu qəsəbəsində yeni polis bölməsi yaradılır.

ONA-nın yerli bürosunun məlumatına görə, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsi açılacaq.

Qəsəbədə yeni bölmə üçün inzibati bina da inşa edilib.

Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.

Yeni bölmənin iyul ayında açılışı gözlənilir.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR