1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunur.
ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün Abşeronun icra başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin 1-ci müavini Volkan Öskiper, hər iki ölkənin rəsmi şəxsləri və ziyalılar abidənin tikintisi ilə yaxından tanış olmaq məqsədi ilə əraziyə gəliblər.
Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərazidə salınmış abidə müasir üslubda qurulur, şəhidlik kompleksinin ərazisi genişləndirilir, ətrafda abadlıq işləri görülür.
Mərasimdə çıxış edən Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından ətraflı söhbət açıblar.
Daha sonra abidənin ətrafında abşeronlu könüllülərin iştirakı ilə 500 ədəd ağac və gül kolları əkilib.
Ramil Zeynallı