Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinə yeni dekan təyin olunub.
ONA-nın xəbərinə görə, ADU-nun rektoru, akademik Kamal Abdullanın əmri ilə bu vəzifəyə professor Şahin Xəlilli təyin edilib.
Qeyd edək ki, Ş. Xəlilli “Ədəbi əlaqələr işığında” (2002), “Azərbaycan – ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında” (2002), “Klassik poeziya və ədəbi əlaqələr. Azərbaycan – ingilis ədəbi əlaqələri” (2003) adlı kitab və monoqrafiyaların, magistr hazırlığı üçün “XX əsr Böyük Britaniya və Amerika ədəbiyyatı tarixi” fənni üzrə proqramın (2009), “Şekspirin sonetləri” (2009) dərs vəsaitinin, eləcə də “Shakespeare’s English Historic Plays” (həmmüəllif S.Magill. 2009), “British Literature. Medieval Ages” (həmmüəllif A.Tatli. 2012), “Britaniya uşaq ədəbiyyatı” (həmmüəllif Səadət Əliyeva. 2018) adlı dərs kitablarının, eləcə də “Ceyms Oldric və Azərbaycan” adlı toplunun müəllifidir.