Adyukanturada müvafiq elmi dərəcələr alma üçün təhsilini davam etdirən işçilər üçün yaradıcılıq məzuniyyətlərinin ümddəti müəyyənləşib.
ONA-nın məlumatına görə, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, işəgötürənlər əmək münasibətlərində olmaqla yanaşı, adyukanturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işləirini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
Eyni zamanda işləməklə yanaşı, adyukanturada təhsil alan, o cümlədən adyukanturaya daxil olmaq üçün işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir. İşçilərin xahişi ilə bir iş ilində adyukanturada təhsil alan işçilərə 1 təqvim ayınadək ödənişsiz məzuniyyət verilə bilər.
Qanun layihəsi Milli Məlisin Əmək və sosial siyasət komitəsində müzakiər olunub və parlamentin plenar iclasına tövsiyə edilib.