• SOSİAL

    15:55 13 may 2019

Afaq Əliyeva: “Azərbaycanda qrip infeksiyası laborator təsdiqini tapmayıb”

“Azərbaycanda qrip infeksiyası laborator olaraq təsdiqini tapmayıb”.

Bunu ONA-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Qripə qarşı nəzarət tədbirlərinin bu gün də davam etdirildiyini vurğulayan A. Əliyeva bildirib ki, qripəbənzər xəstəliyin olduğu şəxslərdən müayinə materialı götürülür.

O qeyd edib ki, ölkədə əsasən kəskin respirator virus infeksiyaları qeydə alınır: “Son həftələr ərzində isə kəskin respirator virus infeksiyaların sayında bir qədər azalma müşahidə olunur. Kəskin respirator virus infeksiyaları adi soyuqdəymədir, çox yüngül xəstəlikdir. Bu, mövsümi olaraq qeydə alınır”.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev ONA-ya bildirib ki, ölkədə qriplə xəstələnmə hallarına rast gəlinmir: “Hava şəraitinin mülayim keçməsi ilə bağlı virusların xaricə mühitə davamlılığı azalır, isti hava şəraitində qripin yayılması dayanır. Ölkədə əsasən kəskin respirator virus infeksiyaları qeydə alınır. Buna isə qrip demək olmaz”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR