• SOSİAL

    17:16 25 fevral 2020

Afaq Əliyeva: "Koronavirusla mübarizə apara biləcək gücümüz var”

“Azərbaycanda koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.

ONA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva APA TV-nin "Sosium" proqramında deyib: "Koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb. İnsanlarda müəyyən narahatlıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar".

A.Əliyeva koronavirusla əlaqədar sosial şəbəkələrdə yayılan səs yazılarına münasibət bildirərkən bunları deyib: “İnfeksiya elə bir şeydir ki, bunu gizlətmək olmaz. Çin gizlədə bilmədi, İran gizlədə bilmədi, heç bir dövlət bunu gizlədə bilməz, heç buna marağı da yoxdur. Əksinə şübhəli hal olsa, onu da paylaşmalıyıq ki, əhali ehtiyatlı olsun”.

O bildirib ki, bunlar rəsmi qurumun verdiyi məlumat deyil, təxribat xarakterli səs yazılarıdır: “Xəstəxana rəhbərliyi də açıqlama verdi ki, bunlar həqiqətə uyğun olmayan informasiyadır. Hazırda ölkədə koronavirus yoxdur. Koronavirusla mübarizə apara biləcək gücümüz var”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR