• SOSİAL

    15:27 26 aprel 2019

Ağdamda istifadəyə yararsız obyektlər bərpa olunaraq, yaşayış üçün məcburi köçkünlərə veriləcək

Ağdamda istifadə edilməyən iaşə obyektləri bərpa olunaraq, məcburi köçkün ailələrinə veriləcək.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonda Sovet dövründən qalmış, sonrakı illərdə dövlət vəsati hesabına inşa olunmuş iaşə obyektlərinin bərpasına başlanıb.

Ağdam rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Abduləli Mehdiyev ONA-ya bildirib ki, hazırda istifadə olunmayan obyektlərin təyinatı dəyişdirilir.

Yaşayış evləri kimi bərpa olunan yeni evlərə Bərdə və ətraf rayonlarda mənzil şəraiti ağır olan Ağdamsakini olan 22 məcburi köçkün ailəsi köçürüləcək.

A. Mehdiyev qeyd edib ki, rayonun Xındırıstan kəndində istifadə edilməyən iki mərtəbəli Məişət evi də bərpa olunur. Torpaqların işğalından sonra ətraf rayonlarda fəaliyyət göstərən Milli Arxiv İdarəsinin Ağdam filialı və Ağdam rayon Vergilər Şöbəsi bərpa olunan yeni binaya köçürüləcək.

Habil

Teqlər:

SON XƏBƏRLƏR