Ağdamda 80 yaşlı şəhid anasına iki otaqlı mənzil tikilib.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə Birinci Qarabağ müharibəsində şəhid olan Vaqif Əmrahovun, 26 ildir tək yaşayan anasına yeni ev tikilib.
Q. Əmrahova ONA açıqlamasın da bildirib ki, 7 övladının 3-ü həyatını itirib. Digər övladları Bakı şəhərində yaşadığı üçün rayonu tərk etməyib. Hazırda Ağdam rayonunun cəbhə xəttində yerləşən Qaradağlı kəndində məskunlaşan şəhid anasının qonağı olan Ağdam rayon İB Vaqif Həsənov, Q. Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərib.
Məskunlaşdığı torpaq sahəsində yeni inşa olunan ikiotaqlı mənzildə tikinti işləri başa çatıb, son tamamlama işləri aparılır.
Habil Aslanoğlu