Ağdamın Yüzbaşılı kəndində yeni məktəb binası inşa olunur
  • SOSİAL

  • 12:27 01 İyun 2019

Ağdamın Yüzbaşılı kəndində yeni məktəb binası inşa olunur

Ağdam rayonunda cəbhə xəttinə yaxın məsafədə yerləşən birinci Yüzbaşılı kənd tam orta məktəbi üçün yeni məktəb binası inşa olunur.

İş icraçısı Naqil Mirzəliyev ONA-ya açıqlamasında bildirib ki, 132 şagird yerlik yeni binanın artıq ikinci mərtəbəsi tikilib. Dam örtüyünün vurulması üçün  hazırlıq işləri aparılır. Yeni məktəb binası bu qədim yaşayış məntəqəsinin tarixində bir ilkdir. 1991-ci ildə yaradılan təhsil müəssisəsi  bu günə kimi uşaq bağçasında fəaliyyət göstərib.  Yeni təhsil müəssisəsi istifadəyə tam hazır olduqda geniş sinif otaqları ilə paralel  hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, kimya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və sair otaqlar yaradılacaq. Həyətdə idman meydançası ilə yanaşı yardımçı tikililər olacaq. Məktəbin direktoru Polad Zeynalov ONA –ya müsahibəsində bildirib ki,  28 ildir fəaliyyət göstərən kənd məktəbi ilk dəfə  bir sinif kompleksindən ibarət ibtidai məktəb kimi yaradılıb.  Daha onra əsas məktəb, 2008-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 111 şagirdin təlim tərbiyəsi ilə 30 müəllim məşğuldur.

Qeyyd edək ki, Birinci Yüzbaşılı kəndində yeni məktəb binasının tikilməsi Prezident İlham Əliyevin "Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında" 2018-ci il 5 noyabr tarixli Sərəncamdan sonra başlanıb. Tikinti işləri növbəti tədris ilində başa çatacağı gözlənilir.