• SOSİAL

    12:04 26 iyul 2020

Agentlik: 25 və 26 iyul tarixlərində vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

ONA-nın xəbərinı görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək: "Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

ONA

Teqlər:

SON XƏBƏRLƏR