Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
ONA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında bildirilir.
Biildirilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu isə 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur. Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.