• SOSİAL

    17:23 6 may 2020

Agentlik sədri: "İnsanlar maskalardan istifadə etmir, bu da yoluxma sayını artırır"

"Ümumilikdə, bu günə qədər 170 minə qədər koronavirus testi həyata keçirilib. Bu, digər ölkələrlə müqayisədə pis göstərici deyil".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, aprel ayının ortalarından yoluxma artmağa başlayıb: "Son günlər yoluxma sayında artım müşahidə olunur. Bu, karantinin yumşadilmasi ilə əlaqələndirilir. Əvvəl insanlar fərdi qoruyucu vasitələrə üstünlük verirdilər. İndi ictimai nəqliyyatda, çöldə görürük ki, insanlar maskalardan istifadə etmir. Bu da yoluxma sayını artırır".

ONA

Teqlər:

SON XƏBƏRLƏR