• SOSİAL

    10:45 11 dekabr 2019

Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək məzarını ziyarət ediblər.

ONA-nın xəbərinə görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şura üzvləri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın da məzarlarını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib ki, bu gün dünyanın hər yerindən görünən, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Ümummilli lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanı bəlalardan qurtardı və ölkəni işıqlı gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən, hər kəsin hesablaşmağa məcbur olduğu dövlətə çevrilib".

ONA

Teqlər:

SON XƏBƏRLƏR