Avropa İttifaqı (Aİ) üzv ölkələri səfirliklərinin əməkdaşları və qitə şirkətlərinin Azərbaycandakı nümayəndələrindən ibarət Biznes Missiyası cənub bölgəsinə səfər edib.
ONA-nın cənub bürosunun verdiyi xəbərə görə, səfər çərçivəsində Fransa, Almaniya, İtaliya, Estoniya, Hollandiya və digər ölkələri təmsil edən şirkət nümayəndələri sahibkarların və kənd təsərrüfatı üzrə mütəxəssislərin, eləcə də hökumət tərəfdaşlarının iştirakı ilə görüşlər keçirib.
Avropa Komissiyasının Bakı ofisinin kənd təsərrüfatı sahəsi üzrə məsul şəxsi Rayne Froynde media nümayəndələrinə açıqlamasında Lənkəranın kənd təsərrüfatı və kənd qidasının emalına malik olduğunu deyib. R.Froynde bildirib ki, təmsil etdiyi qurum Azərbaycan hökuməti ilə Lənkəranda regional və kənd inkişaf proqramını icra etdirməklə bağlı saziş imzalayıb.