"2018/2019-cu tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub. Bir sözlə, Akademiyanın magistraturasına axın var".
ONA-nın xəbərinə görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
O bildirib ki, azərbaycanlı alimlər bir sıra təşkilatların müsabiqələrində iştirak edərək 220 qrant qazanıblar.
A. Əlizadə AMEA əməkdaşlarının əmək haqlarının artırılması, mənzil təminatının həlli istiqamətində mühüm işlərin görüldüyünü də qeyd edib.