"Azərbaycan Milli Elmlər Akademiyasında 5 il əvvəl 100-dən çox ailə ev almaq üçün növbədə durmuşdu. Artıq o ailələrdən 80-nə qədəri mənzillərlə təmin olunub".
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.
A. Alizadə deyib ki, bu istiqamətdə işlər davam etdirilir. Mənzillərlə bağlı mətbuatda yer alan şikayətlərə gəlincə, AMEA prezidenti əlavə edib ki, 4 il ərzində məhkəmələrdə AMEA-nın mövqeyinin haqlı olduğunu sübut ediblər: "Mənzil növbəsində böyük hərc-mərclik vardı. 2011-ci ildə AMEA-ya aid olmayan, orada çalışmayan insanlar növbəyə yazılmışdılar. Onlardan qurtulmaq üçün böyük səy göstərməli olduq. İndiyə qədər də bu istiqamətdə çalışırıq".