• SOSİAL

    11:00 13 iyun 2021

Aleksandr Ata ilə vida mərasimi keçirilir

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi keçirilir.

ONA-nın məlumatına görə, vida mərasimi Rus Pravoslav Kilsəsində keçirilir.

Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Teoloji Akademiyasını bitirən Aleksandr İşein 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopu təyin edilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop olub.

Din xadimi kimi səmərəli fəaliyyəti qiymətləndirilən Arxiyepiskop Aleksandr 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR