“Hazırda Azərbaycanda olan erməni cinayətkarların heç biri əsir deyil”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
R. Rzayev bildirib ki, onların hamısı Ermənistanın kapitulyasiya aktını imzalanmasından sonra qeyri-qanuni olaraq Azərbaycan ərazisinə keçib, burada təxribat törətmək istəyiblər: “Ona görə də həbs olunublar. “Hərbi əsirlərlə rəftar” haqqında Konvensiyanın onlara heç bir aidiyyəti yoxdur. Bizim hüquq-mühafizə orqanları onların törətdikləri cinayət əməllərinə hüquqi qiymət verib, iş məhkəməyə gəlib və müvafiq cəzalarını alıblar. Erməni tərəfinin dediklərinin heç birinin hüquqi əsaslandırması yoxdur. Çünki əsir döyüş zamanı olur. Sülh müqaviləsi olmasa da, atəşkəsdən sonra onların heç birini əsir kimi qiymətləndirə bilmərik”.