Ali Məhkəmənin sədrinin maaşı artırılır.
ONA-nın məlumatına görə, bununla bağlı “Məhkəmələr və Hakimlər haqqında” qanun layihəsinə dəyişiklik olunur. Belə ki, qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişikliklə Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı həcmində aylıq pul təminatı veriləcək.
Bundan əvvəl Ali Məhkəmənin sədrinə 2280 manat aylıq vəzifə maaşı verilirdi.
Hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2475 manatdır.
“Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən digər dəyişik isə hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət verilməsi ilə bağlıdır.
Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir.
Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.