Ali məktəblərdə boş qalan yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb
  • SOSİAL

  • 17:34 02 Sentyabr 2019

Ali məktəblərdə boş qalan yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb. 

Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, boş qalan plan yerlərinə qəbul olan abituriyentlər bu gün saat 17:00-dək sənədlərini daxil olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər. 

Boş qalan plan yerlərinə qəbul olanların sayı 1359 nəfərdir. Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat avqustun 23-dən sentyabrın 2-dək aparılıb. 

ONA

Teqlər: DİM imtahan

OXŞAR XƏBƏRLƏR