• SOSİAL

    12:10 16 aprel 2019

Ali məktəblərə ərizə qəbulu başa çatıb, 83383 abituriyent öz ərizəsini təsdiqləyib - YENİLƏNİB


Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

ONA-nın xəbərinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 83383 abituriyent öz ərizəsini təsdiq edib.

Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 16-dək internet vasitəsilə aparılıb.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə Dövlət İmtahan Mərkəzinin saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

***

11:10

Dövlət İmtahan Mərkəzi ali və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd verən şəxslərə əlavə şans yaradıb.

DİM-in mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, sənəd qəbulunun müddəti bu gün saat 12.00-dək uzadılıb. Elektron ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

***

00:01

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

ONA-nın xəbərinə görə, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılıb.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə Dövlət İmtahan Mərkəzinin saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR