• SOSİAL

    10:13 21 sentyabr 2020

Ali məktəblərə ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

ONA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ixtisas seçimində ümumilikdə 66423 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Onlardan 18303 nəfəri I qrup (16912 nəfər Azərbaycan, 1391 nəfər rus bölməsi), 12241 nəfəri II qrup (11377 nəfəri Azərbaycan, 864 nəfəri rus bölməsi), 17695 nəfəri III qrup (16645 nəfəri Azərbaycan, 1050 nəfəri rus bölməsi), 4554 nəfəri IV qrupa (4205 nəfəri Azərbaycan, 349 nəfəri rus bölməsi) aid abituriyentlərdir (subbakalavr). V qrup orta ixtisas (11-illik təhsil bazasından) ərizəsini təsdiq edən şəxslərin sayı 19825 (18533 nəfəri Azərbaycan, 1292 nəfəri rus bölməsi) nəfərdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi sentyabrın 10-da başlayıb və 20-nə qədər davam edəcəkdi. DİM ixtisas seçiminin müddətini bu gün saat 10:00-a qədər uzatmışdı. Ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR