• SOSİAL

    10:13 19 avqust 2024

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi bu gün başa çatır.

ONA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

19 avqust saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib.

1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR