Azərbaycanın ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunmaq şansı əldə edən abituriyentlərin sayı açıqlanıb.
Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev ONA-ya deyib ki, 274 nəfər ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malikdir.
O qeyd edib ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub və nəticələrə əsasən, 274 nəfər qalib elan olunub.
Xatırladaq ki, “Təhsil haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, beynəlxalq və ya respublika fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.