• SOSİAL

    15:10 2 aprel 2019

Ali məktəblərə və magistraturaya qəbul imtahanlarında iştiraka ƏDV tətbiq edilməyəcək

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən göstərilən təhsil xidmətləri ƏDV-dən azad olunub”.

Bu barədə DİM-dən ONA-nın sorğusuna cavab olaraq deyilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına, rezidenturaya qəbul imtahanları təhsil xidmətlərinə aid olduğundan, həmin imtahanlarda iştirak üçün ödənişlər ƏDV-dən azaddırlar.

DİM-dən onu da qeyd ediblər ki, yalnız dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə ƏDV tətbiq edilib.

Qeyd edək ki, bu ilin mart ayından DİM ƏDV ödəyicisi kimi qeydiyyatdan keçib. Buna görə də dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilib.

Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti vəzifə qrupları üzrə aşağıdakı kimi təsdiq edilib:

AA - 129 AZN

AB - 118 AZN

AC - 106 AZN

BA - 94 AZN

BB - 82 AZN

Fərid

Teqlər:

SON XƏBƏRLƏR