Yeni tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planında 6,4 faiz artım nəzərdə tutulub.
ONA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini yaqub Piriyev deyib.
Onun sözlərinə görə, ötən il qəbul planı 45599 idisə, bu il 48 506-dır.
Y. Piriyev bu il ötən ilə nisbətən orta məktəbi bitirənlərin sayının 7-8 min nəfər az olduğunu deyib: “Adətən qəbul planı 90% dolur və 4-5 min plan yeri boş qalır. Ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı 7-8 min azdır. Bu da kollec məzunlarının şansını artırır".