“Biz bu günü çoxdan gözləyirdlik”.
APA-nın məlumatına görə, bunu bu Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri deyib ki, 30 il din xadimləri, Qaragenlə, Vazgenlə görüşəndə özümü məğlub hiss edib: “Düzdür, özümü qalib kimi göstərirdim, amma daxilimdə bir yanğı var idi. Bu, işğal olunmuş torpaqların yanğısı idi. Bu gün də şəhid veririk. Kəndimizdən bir qadının bir oğlu var idi, şəhid olmuşdu. O qadın deyirdi ki, oğlum xoşbəxtdir, torpağı uğrunda şəhid olub. Bu gün insanlar torpağı uğrunda şəhid olurlar. Bu günü çoxdan gözləyirdik. Biz bu gün özümüzü qalib sayırıq, bu, fərəhdir. Bizə qarşı olan qüvvələr də var. Amma xalq-dövlət birliyi ilə zəfərlərə çatırıq və çatacağıq. Bizə qarşı iftiralar atırlar”.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, 1990-1991-ci illərdə şəhidlərin üzərində vəhşilikləri görüb: “Bəzən üzərlərinə xaç çəkirdilər. Bayaq eşitdim ki, Ordubada da raket atıblar. Gecə yarısı uşaqları, mülki insanları öldürmək onların xislətidir. Ermənilər güclü olanda xristian-erməni məsələsini istifadə etmirdilər. Zori Balayan deyirdi ki, müsəlman dövlətləri arasında qalmışıq, nəfəs ala bilmirik. Sonra bu sözləri demədilər. İşğal etdikləri yerlərdə 10 minlərlə müqəddəs yerlərimiz, məscidlərimiz məhv edilib. Xristian, pravoslav kilsələrinin də mənşəyini dəyişdirməyə çalışıblar. Bu gün isə Azərbaycan dövləti güclüdür. Mən rəhbərimlə, Prezidentlə fəxr edirəm”.