2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbulun vaxtı məlum olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik-katibi vəzifəsini icra edən, Elm və təhsil baş idarəsinin rəisi Əminağa Sadıqov ONA-ya bildirib ki, 2019-cu il üçün doktorantura və dissertanturaya qəbul payızda elan ediləcək.
O qeyd edib ki, müvafiq siyahı oktyabr ayında Nazirlər Kabinetinə təqdim olunacaq və noyabrda qəbul aparılacaq.