• SOSİAL

    09:38 1 may 2019

AMEA "Alimlər Evi"ndə mənzil almaq istəyən alimlərin ipoteka krediti gözlədiklərini açıqlayıb

AMEA "Alimlər Evi"ndə mənzil almaq istəyən alimlərin ipoteka krediti gözlədiklərini açıqlayıb

"Saray qəsəbəsində "Alimlər Evi" tikirik. Orada mənzilin 1 kvadratmetri 450 manatdır".

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

A. Əlizadə deyib ki, 800 alim "Alimlər Evi"ndə mənzil almaq istəyir: "Həmin alimlərdən 150-i pulunu ödəyib. İndi biz ipoteka kreditinin verilməsini gözləyirik. Hələ ki, ipoteka krediti yoxdur. İpoteka krediti verilməyə başlayanda mənzil üçün pul ödəyən alimlərin sayının 500-ə çatacağını gözləyirik ".

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR