• SOSİAL

    12:54 29 aprel 2019

AMEA-da “Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOSESSİYA

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda “Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

ONA xəbər verir ki, konfrans Hüquq və İnsan Haqları İnstitutunun, Türkiyənin Özyeğin Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamından irəli gələrək Əhməd bəy Ağaoğlunun 150 illik əziz xatirəsinə həsr olunub. Hüququn müxtəlif sahələri üzrə tətbiq olunan məsuliyyətə həsr edilən tədbiri giriş nitqi ilə açan AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə hüquq sisteminin müxtəlif sahələri üzrə hüquqi məsuliyyət və eləcə də ölkəmizdə və beynəlxalq aləmdə aktual sahələri olan süni intellekt və tibb hüququ, bu sahə üzrə mövcud problemləri tənzimləyən qanunvericilik aktları, cinayət, mülki məsuliyyət barədə geniş məlumat verib: "Ailənin, cəmiyyətin, dövlətin qurulmasında məsuliyyət dayanır. Məsuliyyət şəxsiyyət kimi böyük amildir və çox halda məsuliyyətsizlik cinayətlərə, peşələrə olan səhvlərə gətirib çıxarır".

Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Şahmar Məmmədov vəkillərin hüquq sistemində zəruri rolu, hüquqların müdafiəsi istiqamətində görülmüş işlər, hüquqi məsuliyyətin tətbiqi zərurəti barədə tədbir iştirakçılarını məlumatlandırıb: "Konfransın mövzusu hər bir vəkil, hüquqşünas üçün maraqlı və aktual mövzulardan biridir. Hər bir peşənin inkişafı həmin peşə sahiblərinin peşəyə necə yanaşmasından asılıdır".

Daha sonra Özyeğin Universiteti Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Yener Ünver isə Türkiyə Respublikasında mövcud hüquqi məsuliyyətdən danışıb: "Bizim akademik olaraq məsuliyyətlərimiz iki fərqli ölkənin işbirliyini daha da genişləndirmək və problemləri həll etməkdir".

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Nazim Cəfərli Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı haqqında məlumat verib. Digər konfrans iştirakçıları isə təşkil olunmuş seksiyalara müvafiq olaraq hüquqi məsuliyyətlə bağlı müxtəlif mövzular üzrə məruzələrlə çıxış edib.

Konfransda iki ölkənin hüquq sistemində hüquqi məsuliyyətlə bağlı bir sıra məsələlər müzakirə olunacaq və təkliflər səsləndiriləcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR