• SOSİAL

    09:49 1 may 2019

AMEA-nın illik ümumi yığıncağı keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.

ONA-nın xəbərinə görə, yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, AMEA rəhbərliyi iştirak edirlər. Tədbir iştirakçıları ümumi yığıncaqda elmi nailiyyətlər sərgisi ilə tanış olublar.

Yığıncaqda AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat veriləcək.

Bundan əlavə, 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli" elan olunması ilə əlaqədar tədbirdə D.İ.Mendeleyevin "Kimyəvi Elementlərin Dövrü Qanunu"nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya və AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçki keçiriləcək.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR