Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında Akademiyada iki I vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.
APA-nın məlumatına görə, bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.
Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb. Təklif qəbul edilərək həmin şəxslərin namizədliyi təsdiq edilib və gizli səsvermə elan edilib.
Səsvermə üçün fasilə elan olunub.
Fasilədən sonra AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.
Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayaraq qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər.