• SOSİAL

    16:42 31 may 2019

AMEA-nın professoru seçkilərinin keçirilməsi üçün növbəti müsabiqə elan edilib

AMEA Rəyasət Heyətinin qərarı ilə “AMEA-nın professoru” adını almaq üçün növbəti müsabiqə elan edilib.

ONA -nın məlumatına görə, bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bildirilib.

İclasda müsabiqədə iştirak etmək üçün respublikanın elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. AMEA-nın professorluğuna namizədlərin müəyyən olunması üçün iclasda gizli səsvermə yolu ilə seçkilərin keçirilməsi və nəticələrin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR