Azərbaycan Milli Elmlər Akademiyasında çalışan texniki işçilərin maaşları artırılıb.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə dəyişiklik edib.
Qərara əsasən böyük arxivçi, böyük inspektor və sürücünün aylıq vəzifə maaşı 193 manatdan 210 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar və kadrlar üzrə inspektorun aylıq vəzifə maaşı 180 manatdan 195 manata, texnik, komendant və laborantın aylıq vəzifə maaşı 170 manatdan 185 manata, bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin aylıq vəzifə maaşı 165 manatdan 180 manata qaldırılıb.
Bu qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.