Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırılıb.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişiklik edib.
Xarici ölkələrə ezamiyyətə gedən AMEA prezidentinə ezamiyyə xərcinin 1 günlük normasının 50 faizi, AMEA vitse-prezidentlərinə isə ezamiyyə xərcinin 1 günlük normasının 30 faizi həcmində əlavə veriləcək.