Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbərinin müavini vəzifəsinə təyinat olub.
ONA-nın Akademiyaya istinadən verdiyi xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, bu vəzifəyə fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təyin edilib.
S. Süleymanov daha öncə SETM-ın 1 nömrəli elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb.