• SOSİAL

    12:16 1 may 2019

AMEA: Şah Qacar Səməd Vurğunun əsərindəki kimi şəxsiyyət olmayıb

"Azərbaycanlı tarixçilərin uğurları göz qabağındadır".

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlər işığında nəzər salıb: “Mən Səməd Vurğunun "Vaqif" dramına çox baxmışam. Əsərdə Ağa Məhəmməd şah Qacar hiddətlənərək Molla Pənah Vaqifin arxasınca deyir ki, "Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana". Sənədlərlə tanış olduqda görürsən ki, belə olmayıb. Məlum sənədlərdə Qacarla bağlı xeyli müsbət məqamlar yer alıb", - A. Əlizadə vurğulayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR