• SOSİAL

    16:10 2 may 2023

ANAMA sədri əhaliyə çağırış edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov son zamanlarda baş vermiş mina hadisələrinə münasibət bildirib.

ONA xəbər verir ki, ANAMA sədri jurnalistlərə açıqlamasında vətəndaşları bir daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

"Təəssüflər olsun ki, mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər".

ONA

Teqlər:

SON XƏBƏRLƏR