• SOSİAL

    12:29 31 may 2019

Anar Bağırov: "Sentyabrda vəkil olmaq istəyənlər üçün yenidən imtahan olacaq"

“Vəkillər Kollegiyasında son 6 ay ərzində 2 dəfə imtahan keçirilib”.

ONA-nın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sentyabr ayında yenidən imtahan olacaq. “Ola bilsin ki, ilin sonunda daha bir imtahan keçirilsin. Çünki vəkilliyə kifayət qədər böyük maraq var. Hər gün bir neçə namizəd sənəd verib vəkil olmaq istəyir. İmtahanlar şəffaf və asan keçir. Biz istəyirik ki, daha çox hüquqşünas vəkilliyə qəbul edilsin. Çünki regionlarda vəkillərin sayı azdır. Bütün bu islahatların da bir məqsədi vəkillik institutunun stimullaşdırılması, regionlarda vəkillərin sayının artırılmasıdır”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR