“APA Group” Media Şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
  • SOSİAL

  • 11:16 23 Mart 2020

“APA Group” Media Şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

“APA Group” Media Şirkəti korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. 

Şirkət fonda 20 000 manat məbləğində vəsait köçürüb.

Eyni zamanda “APA Group”un tərkibindəki media orqanları koronavirusa qarşı mübarizə çərçivəsində məlumatlandırma və maarifləndirmə tədbirlərini həyata keçirmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Şirkət bu istiqamətdə Azərbaycan dövlətinin qəbul etdiyi qərarları və görülən tədbirləri işıqlandırır, bu təhlükəli virusla mübarizə üsulları ilə bağlı maarifləndirmə tədbirlərini, dünyada virusla mübarizə istiqamətində atılan addımlar və ən son obyektiv xəbərləri oxucu və izləyicilərinə çatdırır. Sosial izolyasiya tədbirləri ilə bağlı sosial çarxlar və məlumatlandırma vasitələri hazırlayaraq, mütəmadi olaraq yayır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR