• SOSİAL

    16:22 31 oktyabr 2019

“APA Group”-un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “APA Group”-un rəhbəri və əməkdaşlarını “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

ONA-nın məlumatına görə, bu gün “APA Group”-un qonağı olan Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov medalı “APA Group”-un rəhbəri Vüsalə Mahirqızına, redaktor Hafiz Heydərova və müxbir Günay Elşadqızına təqdim edib.

Qeyd edək ki, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR